Kambocada yerləşən və “Betmen mağarası” adlandırılan məkan görənləri heyrətə gətirir.
Bizim.Media xəbər verir ki, mağaraya gələnlər burada şahid olduqları mənzərədən sözün əsl mənasında şoka düşürlər. Belə ki, ətrafda baş verənlər sanki xüsusi effektlərlə hazırlanmış film səhnəsini xatırladır.
Hər axşam mağaradan milyonlarla yarasa yuvalarını tərk edərək qida axtarışı üçün təxminən 50 kilometrədək məsafə qət edir. Onların kütləvi şəkildə havaya qalxması səmada axan qara çayı xatırladan möhtəşəm mənzərə yaradır.
Qeyd edək ki, yarasalar gecə ov zamanı çoxlu sayda həşəratı məhv edir. Bununla da onlar yerli sakinlərin düyü sahələrini zərərvericilərdən qoruyaraq təbii “mühafizəçi” rolunu oynayırlar.
Bizim.Media
























































































