İranın hava məkanı daha bir həftə bağlı qalacaq

Hazırda oxunan: İranın hava məkanı daha bir həftə bağlı qalacaq

605192

İranın hava məkanı 12 aprelə qədər bağlı qalacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Yaxın Şərq hava nəqliyyatının idarə olunması dairələrindəki mənbə məlumat verib.

Qeyd olunub ki, İran səması 12 apreldə yerli vaxtla təxminən saat 8:30-a qədər uçuşlar üçün bağlı olacaq.

Mənbə qeyd edib ki, qadağanın istisnaları hökumət, hərbi və tibbi təyyarələrin uçuşları, eləcə də mülki aviasiya orqanının xüsusi icazəsi ilə axtarış-xilasetmə uçuşları üçün tətbiq oluna bilər.

Xatırladaq ki, İranın hava məkanı 28 fevral səhəri ABŞ-İsrail hərbi əməliyyatının başlamasından sonra bağlanıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin