Kosmik gəmidə tualet yenidən sıradan çıxdı: Ekipaj üzvü... - FOTO

Hazırda oxunan: Kosmik gəmidə tualet yenidən sıradan çıxdı: Ekipaj üzvü... - FOTO

605177

NASA-nın Ay ətrafı uçuş həyata keçirən Artemis II missiyasında Orion kosmik gəmisinin tualet sistemi yenidən nasazlıq verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Associated Press yazıb.

Problem sidik xəttində buz tıxacı ilə bağlıdır və buna görə ekipaj yenidən ehtiyat sidik toplama paketlərindən istifadə etməli olub.
 

Daha əvvəl NASA aprelin 2-də bildirmişdi ki, missiyanın ilk günündə yaranan ilkin nasazlıq aradan qaldırılıb və sistem normal iş rejiminə qaytarılıb. Lakin sonradan problem təkrar baş verib.


Məlumata görə, nasazlıq bərk tullantı sisteminə yox, əsasən sidik toplanması və çıxarılması xəttinə təsir edir. NASA ekipaja fövqəladə hallarda istifadə edilən qatlanan sidik toplama cihazlarından yararlanmağı tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin