İran komandanından Trampa cavab: Cəhənnəm qapılarını sizin üçün açacağıq

Hazırda oxunan: İran komandanından Trampa cavab: Cəhənnəm qapılarını sizin üçün açacağıq

605172

İranın Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının komandanı general-leytenant Əli Abdullahi ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq İsrail və ABŞ-a "cəhənnəm qapılarını açacaqlarına" söz verib.

Bizim.Media xəbər verir ki, onun açıqlaması İRNA xəbər agentliyi tərəfindən yayılıb.

"Bu müharibənin əvvəlindən biz vəd etdiyimiz hər şeyi yerinə yetirdik və indi bizim tək mesajımız budur: cəhənnəm qapıları sizin üçün açılacaq", deyə o, əlavə edib.
 

General, həmçinin İranın enerji infrastrukturuna edilən hər hansı bir zərbənin Tehran tərəfindən cavab tədbirlərinə, o cümlədən bölgədəki bütün ABŞ və İsrail hədəflərinə zərbələr endirilməsinə səbəb olacağını təkrarlayıb.


Abdullahinin sözlərinə görə, Trampın ultimatumu sonuncunun "çarəsizliyini və əsəbiliyini" nümayiş etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin