Yaponiyada maral polisə belə “təslim oldu” - ANBAAN VİDEO

Hazırda oxunan: Yaponiyada maral polisə belə “təslim oldu” - ANBAAN VİDEO

605152

Yaponiyanın Osaka şəhərində iki gün küçələrdə dolaşan və onu yaxalamağa çalışanlardan yayınan maral sonda özü polis bölməsinin ərazisinə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı yerli media yayıb.
 

Məlumata görə, heyvan Osaka prefektura polisinin Sekime əlavəsinin ərazisinə sakit şəkildə daxil olub. Daha sonra polis əməkdaşları və şəhər xidmətləri maralı mühasirəyə alaraq yem vasitəsilə qəfəsə salıblar. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.


Osaka meri Hideyuki Yokoyamanın sözlərinə görə, maral müvəqqəti olaraq şəhərdə heyvanlara nəzarət mərkəzinə köçürülüb.

Nara prefekturasının qubernatoru isə bildirib ki, heyvanın Nara parkına qaytarılması planlaşdırılmır və onun Osaka daxilində yerləşdirilməsi nəzərdən keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin