Zelenski İstanbulda Putinlə görüşə hazır olduğunu bildirdi -VİDEO

Hazırda oxunan: Zelenski İstanbulda Putinlə görüşə hazır olduğunu bildirdi -VİDEO

605139

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə jurnalistlərlə söhbətində müharibənin dayandırılması üçün liderlər səviyyəsində görüşə “istənilən formatda” hazır olduğunu deyib.

Bizim.Media xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, söhbət Vladimir Putinlə mümkün şəxsi görüşdən gedir.
 

Zelenski bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqların İstanbulda keçirilməsini təklif edib və Kiyev bu təşəbbüsə hazırdır. Reuters də təsdiqləyir ki, Ərdoğan Türkiyənin Ukrayna-Rusiya danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bir daha vurğulayıb.


“Nəyin bahasına olursa-olsun sülh lazımdır. Sülh naminə hər şeyi edəcəyik”, - Zelenskinin bu məzmundakı sözləri Ukrayna mənbələrində sitat gətirilib.

Eyni zamanda, Reuters-in məlumatında onun İstanbul səfərinin əsas hissəsinin Ərdoğanla təhlükəsizlik əməkdaşlığı və regional məsələlərə həsr olunduğu qeyd olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin