İlon Mask uşaqlıqda hansı rus kitablarını oxuyub? - Atası danışdı

Hazırda oxunan: İlon Mask uşaqlıqda hansı rus kitablarını oxuyub? - Atası danışdı

605032

Maskın atası oğlunun uşaqlıqdan klassik rus ədəbiyyatına heyran olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə İlon Maskın atası, yüksək texnologiyalı investisiya və innovasiya üzrə beynəlxalq ekspert Errol Mask TASS-a müsahibəsində bildirib.
 

"16 yaşında "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask dünya klassik ədəbiyyatının əsas əsərlərini, o cümlədən rus yazıçıları Fyodor Dostoyevski və Lev Tolstoyun əsərlərini oxumuşdu", - deyə Errol Mask bildirib.


O vurğulayıb ki, milyarder uşaqlıqda ciddi oxumağa həvəs göstərib. Kiçik olanda həmişə çox qalın kitablar oxuyurdu. Bir gün yetkin bir şəxs ondan soruşur:

"Həqiqətən oxuyursan, yoxsa sadəcə şəkillərə baxırsan?". İlon ona belə cavab verdi: "Sən axmaqsan?".

Daha əvvəl Errol Mask məktəbdə bir müəllimin səkkiz yaşında oğlunu axmaq adlandırdığını xatırlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin