8-ci seriyanın istehsalı dayandırılır

Hazırda oxunan: 8-ci seriyanın istehsalı dayandırılır

605005

BMW şirkəti səkkiz illik fasilədən sonra yenidən canlandırdığı 8-ci seriya modellərinin istehsalını rəsmən dayandırır.

Bizim.Media xəbər verir ki, simvolik olaraq, modelin konveyerlə vidalaşması elə istehsala başlamasının 8-ci ilinə təsadüf edir.

Alman avtomobil istehsalçısı "səkkizliyin" standart həyat dövrünün başa çatdığını təsdiqləyib. İstehsalın aprel ayında tamamilə dayandırılacağı gözlənilir.
 

Məlumata görə, dilerlər model seçiminin həddindən artıq çox olmasından və zəif marketinqdən şikayətlənirdilər ki, bu da avtomobillərin satış mərkəzlərində uzun müddət qalmasına səbəb olurdu. İllik satış həcmi əvvəlcə 7 min ədəd civarında olsa da, 2023-cü ildən sonra bu rəqəm 5 minə qədər düşüb.


Şirkət bu seriyadan olan modellərlə mərhələli şəkildə vidalaşıb. Belə ki, M8 kupesinin istehsalı hələ 2025-ci ilin yanvarında dayandırılmışdı. İndi isə növbə digər versiyalara çatıb.

Seriyanın sonuncu nümayəndəsi cəmi 500 nüsxə ilə məhdudlaşan xüsusi "M850i Edition M Heritage" versiyası olub. Bu dördqapılı "Gran Coupe" modeli 1989-cu ilin orijinal 8-ci seriyasının rəng çalarlarında təqdim edilib.

8-ci seriya BMW-nin Avropadakı ən böyük zavodu olan Dinqolfinqdə yığılırdı. Müəssisə hazırda 4-cü, 5-cü və 7-ci seriyalarla yanaşı, Rolls-Royce kuzovlarının istehsalını da davam etdirir. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin