NASA-nın xərcləri azaldılacaq

Hazırda oxunan: NASA-nın xərcləri azaldılacaq

604995

ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı planlaşdırır.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən təqdim edilən 2027-ci maliyyə ili üçün ABŞ-nin federal büdcə layihəsində bildirilib.

Bundan əlavə, Beynəlxalq Kosmik Stansiyanın (ISS) maliyyələşdirilməsinin 1,1 milyard dollar azaldılması planlaşdırılır.

"Büdcə 2030-cu ildə ISS-in orbitdən təhlükəsiz şəkildə çıxarılması planlarını qoruyub saxlamaqla, kommersiya kosmik stansiyalarının sürətli inkişafını və yerləşdirilməsini prioritet olaraq müəyyən edir", - Ağ Evdən vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin