Pekindən Vaşinqtona ittiham: Panama kanalını ələ keçirmək istəyir

Hazırda oxunan: Pekindən Vaşinqtona ittiham: Panama kanalını ələ keçirmək istəyir

604856

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, ABŞ-ın Panama kanalı ilə bağlı Çinə qarşı ittihamları yalnız Vaşinqtonun obyektə nəzarəti ələ keçirmək üçün əsl niyyətlərini ifşa edir. 

Bizim.Media xəbər verir ki, SCMP-nin məlumatına görə, daha əvvəl ABŞ Federal Dəniz Komissiyası Çin limanlarında Panama bayrağı altında üzən gəmilərin saxlanıldığının sayının artdığını bildirmişdi. 

ABŞ tərəfi bu saxlanılmaları Honkonq şirkəti “CK Hutchison”a qarşı Panama məhkəməsinin qərarı ilə əlaqələndirib. ABŞ dövlət katibi Marko Rubio da ciddi narahatlığını bildirib. 
 

“ABŞ-ın açıqlamaları tamamilə əsassızdır və faktları təhrif edir. Vaşinqtonun təkrarlanan məsuliyyətsiz açıqlamaları yalnız onun kanala nəzarəti ələ keçirmək planlarını ifşa edir”, - Ninq bildirib.


Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Pekinin Panama limanları ilə bağlı mövqeyi aydındır. Çin öz qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcək. Bu ilin fevral ayında Panama hakimiyyəti müvəqqəti olaraq Panama kanalındakı Balboa və Kristobal limanlarına nəzarəti ələ keçirib. Bu, Honkonqda yerləşən “Hutchinson” Korporasiyasının yerli törəmə şirkəti ilə bağlanmış müqavilənin etibarsız elan edilməsindən sonra baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin