Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bizim.Media Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, XİN rəhbərləri Rusiya ilə Ukrayna arasındaki gərginliyi müzakirə ediblər.
MÖVZU İLƏ BAĞLI:
Rusiya-Ukrayna savaşı BU TARİXƏ qədər təxirə salınır – Çindən gələn MESAJ
M.Çavuşoğlu bir daha ölkəsinin Rusiya və Ukrayna arasında vasitəçkilik, mümkün görüşlərə ev sahibliyi edə biləcəyini vurğulayıb.
S.Lavrov isə öz növbəsində türkiyəli həmkarına təşəkkürünü bildirərək, 11-13 mart tarixlərində Antalyada keçiriləcək Antalya Diplomatik Forumuna qatılacağını qeyd edib.
Bizim.Media