Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu rayonunun Domel ərazisində kamikadze-terrorçu polis bölməsinə hücum edib.
Bizim.Media xəbər verir ki, India TV-nin məlumatına görə, partlayıcı maddələrlə dolu avtomobil bölmənin binasına çırpılıb və ardınca güclü partlayış baş verib.
İlkin məlumatlara görə, üç qadın və bir uşaq da daxil olmaqla ən azı beş nəfər ölüb, dörd polis əməkdaşı da yaralanıb. Partlayış nəticəsində yaxınlıqdakı bir neçə yaşayış binasına ziyan dəyib.
Məlumata görə, hücumun əsas hədəfi polis bölməsi olub. Partlayışdan sonra ərazidə silah səsləri eşidilib və yerli sakinlər arasında çaxnaşma yaranıb.


Bizim.Media































































































