ABŞ Prezidenti Donald Tramp Tehran razılığa gəlmədiyi təqdirdə, İrandakı körpüləri və elektrik stansiyalarını vurmaqla hədələyib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsindəki hesabında yazıb:
“Dünyanın ən böyük və ən güclü (indiyədək!) ordumuz İranda qalanları məhv etməyə belə başlamayıb. Növbəti hədəflər körpülər, daha sonra isə elektrik stansiyalarıdır”.
O əlavə edib ki, İranın yeni rəhbərliyi “nə etməli olduğunu bilir və bunu tez bir zamanda etməlidir”.
Bir gün əvvəl Tramp həmvətənlərinə müraciətində bildirmişdi ki, əgər Tehran mübahisəli məsələlərin həlli üçün Vaşinqtonla razılığa gəlməkdən imtina edərsə, İranın enerji infrastrukturu obyektlərinə zərbələr endirməyə hazırdır
Bizim.Media




































































































