İsraildə cari il üçün dövlət büdcəsinin təsdiqlənməsi müddəti bitdiyindən parlament rəsmi olaraq buraxılıb.
Bizim.Media xəbər verir ki, İsrail 23 martda keçiriləcək yeni seçkilərə hazırlaşır.
“Biz yenidən seçkilərə gedirik. Bizi çətin bir dövr gözləyir. 23-cü çağırış Knessetin qapıları bağlanır”,- deyə Knessetin son plenar iclasında spiker Yariv Levin deyib.
Mövcud qanunvericiliyə uyğun olaraq, Benyamin Netanyahu yeni kabinetin andiçmə mərasiminə qədər Baş nazir vəzifəsini icra edəcək. Növbəti seçkilər – iki ildə dördüncü – 2021-ci il martın 23-də olacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:25 / 23.12.2020
İsrail parlamenti buraxıldı
Hazırda oxunan: İsrail parlamenti buraxıldı
Hazırda oxunan: İsrail parlamenti buraxıldı
6047
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.