ABŞ ordusu prezident Donald Trampın tələbi ilə İranda yüksək dərəcədə zənginləşdirilmiş uranı ələ keçirmək üçün genişmiqyaslı və son dərəcə riskli hərbi plan hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Washington Post yazıb.
Söhbət təxminən 1000 funt həcmində zənginləşdirilmiş urandan gedir və bu plan ötən həftə Trampa təqdim olunub.
Nəşrin məlumatına görə, plan iki amerikalı məmurun dediklərinə əsaslanır.
Qəzetin yazdığına görə, əməliyyat sadə xüsusi təyinatlı reyddən daha böyük miqyas daşıyır.
Planda bölgəyə qazıntı texnikasının gətirilməsi, radioaktiv materialın çıxarılması üçün müvəqqəti uçuş-enmə zolağının yaradılması, eləcə də uranın daşınması üçün lazımi infrastrukturun qurulması nəzərdə tutulur.
Materialda bildirilir ki, bu cür missiya komandoslarla yanaşı mühəndislərin, texniki heyətin və nüvə materialları üzrə mütəxəssislərin də cəlb olunmasını tələb edir.
“Washington Post” qeyd edir ki, uranın əsas hissəsi İsfahan yaxınlığında yeraltı obyektlərdə saxlanılır və həmin ərazi əvvəlki zərbələrdən sonra dağıntılar altında qalıb.
Bu səbəbdən materiala çatmaq üçün əvvəlcə beton və qoruyucu qatların aşılması, daha sonra isə konteynerlərin təhlükəsiz şəkildə çıxarılması lazım gələcək.
Məqalədə bildirilir ki, belə əməliyyat həftələrlə, hətta daha uzun çəkə bilər.
Nəşr vurğulayır ki, bu ssenari ABŞ üçün hərbi baxımdan olduqca çətin və təhlükəli sayılır.
Məqalədə ekspertlərin fikrinə də yer verilir:
Onların qənaətinə görə, bu, müharibə şəraitində indiyədək həyata keçirilməmiş ən mürəkkəb xüsusi əməliyyatlardan birinə çevrilə bilər.
Ağ Ev isə qəzetə bildirib ki, Pentaqonun vəzifəsi prezidentə maksimum seçim variantları təqdim etməkdir və bu, Trampın artıq konkret qərar qəbul etdiyi anlamına gəlmir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:53 / 02.04.2026
Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...
Hazırda oxunan: Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...
Hazırda oxunan: Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...
604697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































