Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Hazırda oxunan: Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

604570

Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada yerləşən "Başneft-Novoil" neft emalı zavoduna dron hücumu edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Unn.ua saytı məlumat verib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Başqırdıstan rəhbəri Radi Xabirov özünün "Telegram" kanalında da baş verən hadisəni təsdiqləyib.

Onun sözlərinə görə, neft emalı zavoduna yaxınlaşan bir neçə pilotsuz uçuş aparatı məhv edilib. PUA-lardan birinin qalıqları sənaye zonasına düşüb və nəticədə yanğın baş verib.

Radi Xabirov bundan başqa Ufada yaşayış binasına da dron hücumu olduğunu da bildirib.

Onun sözlərinə görə hadisə nəticəsində bir neçə mənzilə də ziyan dəyib:

"Ölən və ya yaralanan yoxdur".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin