Türkiyədə azərbaycanlı gənc öldürüldü – ANBAAN GÖRÜNTÜLƏR

Hazırda oxunan: Türkiyədə azərbaycanlı gənc öldürüldü – ANBAAN GÖRÜNTÜLƏR

604520

Türkiyədə azərbaycanlı gənc öldürülüb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Fatih rayonunda özəl logistika şirkətində kuryer işləyən Arif İsmayılov naməlum şübhəli tərəfindən güllələnib.
 

Xəstəxanaya yerləşdirilən İsmayılovun hücum zamanı başından xəsarət aldığı və aparıldığı xəstəxanada öldüyü müəyyən edilib. Hadisə saat 16:30 radələrində Balabanağa məhəlləsindəki Zeynep Kamil küçəsində baş verib.


Məlumata görə, özəl logistika şirkətində kuryer işləyən Arif İsmayılov küçədə ona yaxınlaşan naməlum şübhəli tərəfindən başından vurulub.

Hücumdan sonra şübhəli hadisə yerindən qaçıb. Hadisə anı yaxınlıqdakı bir iş yerinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Görüntülərdə şübhəlinin İsmayılova yaxınlaşdığı, silahını çıxardığı, ardıcıl olaraq atəş açdığı və sonra hadisə yerindən qaçdığı görünür.

Tibb işçiləri İsmayılovun hücumda ağır yaralandığını və xəstəxanada bütün səylərə baxmayaraq, aldığı xəsarətlərdən dünyasını dəyişdiyini müəyyən ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin