Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Hazırda oxunan: Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

604456

“Britaniya Yaxın Şərqdəki ABŞ-İsrail-İran müharibəsinə qoşulmayacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Britaniyanın Baş naziri Kir Starmer jurnalistlərin sualına cavab olaraq bildirib.
 

“Müharibəyə qoşulmaqla bağlı mövqeyimi dəyişdirməyim üçün mənə çoxlu təzyiq göstərilib. Müharibə ilə bağlı mövqeyimi dəyişməyəcəyəm. Nə olursa olsun, mən Britaniyanın baş naziriyəm və milli maraqlarımız naminə hərəkət etməliyəm”, – deyə, Starmer vurğulayıb.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “The Telegraph” nəşrinə müsahibəsində İrana qarşı hərbi əməliyyatlarda iştirak etmədiyinə görə Böyük Britaniyanı sərt tənqid edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin