Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Hazırda oxunan: Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

604451

ABŞ Prezidenti Donald Tramp iranlı həmkarı Məsud Pezeşkianın atəşkəs istədiyini iddia edib.

Bizim.Media xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” hesabında yazıb.
 

“İranın yeni prezidenti, sələflərindən daha az radikallaşmış və daha ağıllı olan bu şəxs, Amerika Birləşmiş Ştatlarından atəşkəs istəyib! Hörmüz boğazının nə vaxt açıq, azad və təmiz olacaqsa, o zaman bunu düşünəcəyik. O vaxta qədər İranı Daş dövrünə qaytarmağa çalışacağıq”, - deyə Tramp yazıb.


Qeyd edək ki, Trampın sözügedən iddiası ilə bağlı İrandan hələlik hər hansı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin