İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

Hazırda oxunan: İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

604438

İran ordusu Bəhreynin ən böyük telekom operatoru olan “Batelco” şirkətinin “Amazon Web Services”in serverləri yerləşən obyektinə dronlarla zərbə endirib.

Bizim.Media xəbər verir ki, yerli medianın məlumatına görə, hücumdan sonra serverlərin işində kəsintilər başlayıb.

Belə ki, elektrik enerjisi kəsilib, data mərkəzlərində zədələr qeydə alınıb. Kəsintilər bank əməliyyatlarına və aviabronlaşdırma sistemlərinin işinə təsir göstərib.

Qeyd edək ki, Bəhreyn Müdafiə Nazirliyinin məlumatına görə, müharibə başlayandan indiyədək İranın 186 raket və 419 dronu Hava Hücumundan Müdafiə vasitələri tərəfindən vurulub.
 

“İranın ağıllı addımı ABŞ ilə razılığa gəlmək olardı, yoxsa onlar hələ heç vaxt görmədikləri qədər böyük bir hücumla qarşılaşacaqlar”. Bu barədə ABŞ Müharibə Nazirliyinin sözçüsü Şon Parnel sosial media hesabında paylaşım edib.


Pentaqon rəsmisi Tehranı birbaşa xəbərdar edərək bildirib ki, sazişdən imtina ediləcəyi təqdirdə hərbi cavab qaçılmaz olacaq:

"İran müdrikdirsə, sövdələşməyə gedəcək. Əgər yox, ordu daha böyük güclə - onların indiyədək heç vaxt görmədiyi səviyyədə cavab verəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin