Tramp ELAN ETDİ – Müharibə bu tarixdə başa çatacaq – VİDEO

Hazırda oxunan: Tramp ELAN ETDİ – Müharibə bu tarixdə başa çatacaq – VİDEO

604326

"Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatı yaxın iki-üç həftə ərzində başa çatdırmaq niyyətindədir".

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Hesab edirəm ki, biz bunu iki-üç həftə ərzində başa çatdıracağıq, çünki davam etmək üçün heç bir əsasımız yoxdur", - Tramp bildirib.

O qeyd edib ki, Tehranın Vaşinqtonla sövdələşməyə gedib-getməməsindən asılı olmayaraq, əməliyyat başa çatdırılacaq.

"Razılaşma əldə edib-etməyəcəyimizdən asılı olmayaraq, biz [əməliyyatı] onların uzun müddətə daş dövrünə geri atıldıqlarını və nüvə silahı əldə etmək imkanlarının olmadığını anladığımız zaman bitirəcəyik", - deyə ABŞ Prezidenti dəqiqləşdirib.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin