ABŞ-dan Bəşər Əsədin xanımına sanksiya

Hazırda oxunan: ABŞ-dan Bəşər Əsədin xanımına sanksiya

6043

ABŞ Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd və onun yaxınlarına qarşı növbəti sanksiya tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departamentinin ABŞ Dövlət katibi Mayk Pompeo adından yayımladığı açıqlamada qeyd olunub.

“Dövlət Departamenti, Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə Suriyada mövcud olan münaqişənin siyasi həllini təşviq etmək səylərinə maneə törətdiyinə görə sanksiya tətbiq edir. O, rejimin mənafeyi naminə, sözdə xeyriyyəçilik və sivil təşkilatlar vasitəsilə iqtisadi və siyasi gücün möhkəmləndirilməsi səylərinə rəhbərlik edib” - deyə açıqlamada qeyd olunur.

Sanksiyalar prezidentin həyat yoldaşının ən yaxın dörd qohumuna qarşı da tətbiq ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin