Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Hazırda oxunan: Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

604252

ABŞ-ın müdafiə naziri Pit Hegset bildirib ki, prezident Donald Tramp İranla razılaşma bağlamağa hazırdır və bu razılaşmanın şərtləri Tehrana məlumdur.

Bizim.Media xəbər verir ki, bu barədə CBS News yazıb.

Hegset Pentaqondakı brifinqdə deyib ki, Tramp “hələlik” Hörmüz boğazının açılması tələbindən imtina etməyə hazır deyil, amma eyni zamanda razılaşma variantı da masadadır.

Hegsetin sözlərinə görə, “əgər İranda kifayət qədər müdriklik varsa, o zaman razılaşma bağlayacaq”.

O əlavə edib ki, Tramp razılaşmaya getməyə hazırdır və şərtlər İran hakimiyyətinə məlumdur. Bu sitatlar bir sıra media orqanlarında Pentaqon brifinqinə istinadla yayılıb.

Eyni brifinqdə Hegset bildirib ki, ABŞ-ın əsas məqsədləri İranın raket, pilotsuz uçuş aparatı və dəniz imkanlarını zəiflətməkdir.

Reuters də yazır ki, Hegset bu günlərdə Yaxın Şərqdə qarşıdakı mərhələni “həlledici” adlandırıb.

Bununla yanaşı, administrasiyanın siqnalları ziddiyyətli görünür. Wall Street Journal yazır ki, Tramp yardımçılarına müharibəni Hörmüz boğazı tam açılmadan da bitirməyə hazır olduğunu deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin