Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa İttifaqı Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq kreditin qəbuluna hazırda zəmanət verə bilmir. Səbəb kimi isə Macarıstanın bu paketi bloklaması göstərilir.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters yazıb.
Mənbə qeyd edir ki, Macarıstanın veto qoyduğu bu yardım paketi Ukraynaya 2026–2027-ci illər üçün nəzərdə tutulub.
Kallas martın 19-da Brüsseldə demişdi ki, Macarıstanın vetosunu aşmaq üçün alternativ yollar var, lakin bunun üçün Aİ liderlərindən siyasi iradə tələb olunur.
Onun sözlərinə görə, “alternativlər var”, amma hələlik qərarın necə veriləcəyi bəlli deyil.
Martın 31-də Kiyevdə olan Kallas bir daha vurğulayıb ki, Aİ Ukraynaya hərbi, maliyyə, enerji və humanitar dəstəyi davam etdirmək niyyətindədir.
Bununla belə, Reuters-in məlumatına görə, həm 90 milyard avroluq kredit, həm də Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı irəliləyiş Macarıstan tərəfindən bloklanır.
Rəsmi Aİ sənədlərində də bu kredit paketi müzakirə mövzusu kimi göstərilib.
Avropa Şurasının 16 mart tarixli materialında qeyd olunur ki, Xarici İşlər Şurası Ukraynaya dəstək çərçivəsində məhz bu 90 milyard avroluq Ukrayna Dəstək Kreditini müzakirə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:24 / 31.03.2026
Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA
604250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































