İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

Hazırda oxunan: İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

604243

İtaliya Hərbi Dəniz Qüvvələri Türkiyənin Bayraktar TB3 zərbə dronlarını flaqman aviadaşıyıcısı Cavour üçün almağı nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə İtaliya Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, vitse-admiral Cüzeppe Berutti Berqotto parlamentdə çıxışı zamanı danışıb.

O bildirib ki, TB3-lər gəmidə həm müşahidə, həm də silahlı tapşırıqlar üçün inteqrasiya oluna bilər.

İtaliya tərəfinin marağı Baykar şirkətinin hazırladığı TB3-ün imkanlarının nümayişindən sonra artıb.

Xüsusən də dronun Türkiyənin TCG Anadolu gəmisindən qalxıb-enməsi İtaliya donanmasının diqqətini çəkib.

Berqottonun sözlərinə görə, mümkün tədarük Leonardo ilə əməkdaşlıq çərçivəsində həyata keçirilə bilər.

O, Baykar-la imzalanmış əməkdaşlıq sazişinə işarə edərək, alınmanın məhz bu xətt üzrə baş tuta biləcəyini deyib.

Məlumata görə, Cavour hazırda İtaliya Hərbi Dəniz Qüvvələrinin əsas aviadaşıyıcısıdır və qısa məsafədən qalxan, şaquli enən F-35B qırıcılarını, eləcə də helikopterləri daşıya bilir.

Türkiyənin TCG Anadolu gəmisi də əvvəlcə F-35 üçün nəzərdə tutulsa da, Ankara proqramdan kənarlaşdırıldıqdan sonra pilotsuz sistemlər üçün uyğunlaşdırılıb.

Bu fonda TB3-ün İtaliya üçün cəlbedici variant kimi önə çıxması diqqət çəkir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin