Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Hazırda oxunan: Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

604215

Yaxın Şərqdə davam edən münaqişə ərəb ölkələrinin iqtisadiyyatına ağır zərbə vura bilər.

Bizim.Media xəbər verir ki, Bloomberg agentliyinin BMT-nin İnkişaf Proqramının (UNDP) hesabatına istinadən yaydığı məlumata görə, region ölkələri iqtisadi artım baxımından 120 milyard dollardan 194 milyard dollara qədər itki ilə üzləşə bilər.

Bəzi nəşrlər bu rəqəmi ümumiləşdirilmiş şəkildə təxminən 200 milyard dollar kimi təqdim edir.

Hesabata əsasən, qısa müddətli hərbi eskalasiya belə ərəb dövlətləri üçün dərin sosial-iqtisadi nəticələr doğura bilər.

Ekspertlər hesab edirlər ki, regionda işsizlik səviyyəsi 4 faiz bəndi arta, bunun nəticəsində 3,6 milyon iş yeri itirilə və təxminən 4 milyon insan yoxsulluğa sürüklənə bilər.

Sənəddə xüsusilə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına daxil olan ölkələrin daha böyük iqtisadi itki ilə üzləşə biləcəyi vurğulanır.

Proqnoza görə, Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxil olduğu bu qrupun ümumi daxili məhsulu 5,2 faizdən çox azala bilər.

Münaqişənin əsas riskləri sırasında enerji bazarındakı sarsıntılar, nəqliyyat marşrutlarının pozulması və regional investisiya mühitinin zəifləməsi göstərilir.

Bu amillər təkcə Fars körfəzi ölkələrinə deyil, daha geniş ərəb dünyasına da mənfi təsir göstərə bilər. Bu barədə Bloomberg-in istinad etdiyi UNDP təhlilində danışılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin