Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

Hazırda oxunan: Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

604211

Yaponiya beynəlxalq sorğunun nəticələrinə əsasən dünyanın ən nəzakətli ölkəsi seçilib.

Bizim.Media xəbər verir ki, sorğu "Remitl" tərəfindən keçirilib və 26 ölkədən 4697 nəfər iştirak edib.

Respondentlərdən ən mehriban insanlara sahib ölkəni seçmək istənilib. Ölkələr verilən səslərin payına görə sıralanıb.

Sorğuda iştirak edənlərin 35,15 faizi Yaponiyanı seçib. İkinci yeri 13,35 faizlə Kanada, üçüncü yeri isə 6,23 faizlə Böyük Britaniya tutub.

İlk onluğa həmçinin Çin, Almaniya, Filippinlər, İsveç, Danimarka, Finlandiya və Cənubi Afrika Respublikası daxil olub.

Ümumi rəyə görə isə ən nəzakətsiz ölkə Avstriya hesab olunub: bu ölkə bir faiz belə səs toplaya bilməyib.

Sorğu iştirakçılarından eyni zamanda öz nəzakət səviyyələrini 10 ballıq şkala üzrə qiymətləndirmələri də xahiş olunub.

Bu kateqoriyada liderlər Braziliya və Çili olub: hər iki ölkə 9,46 bal toplayıb.

Yaponiya sakinləri öz nəzakətləri barədə daha təvazökar fikirdədirlər və 8,73 balla sondan əvvəlki yeri tutublar.

Özlərini ən nəzakətsiz hesab edənlər isə Polşa sakinləri olub.(Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin