Yemək sifarişlərini DRONLAR DAŞIYACAQ – Kuryer peşəsi tarixdən silinir

Hazırda oxunan: Yemək sifarişlərini DRONLAR DAŞIYACAQ – Kuryer peşəsi tarixdən silinir

604206

Rusiyada yaxın dörd ildə yemək bağlamaları dronlarla daşınacaq.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib.

Pizza və digər kiçik yüklərin dronlarla çatdırılması 2030-cu ilə qədər Rusiyada geniş yayılmış bir reallığa çevriləcək.

Dronların təyin olunmuş ərazilərə (damlarda və ya dayanacaqlarda) enməsi planlaşdırılır.

Planların həyata keçirilməsinə hava məkanından təhlükəsiz istifadə üçün infrastrukturun və qaydaların hazırlanması daxildir.

A.Nikitin çatdırılma üçün dronlardan istifadə edilməsi səbəbindən kuryer peşəsinin gələcəkdə yox ola biləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin