Dünyada ən böyük mis, qızıl və gümüş yatağı bu ərazidə tapıldı

Hazırda oxunan: Dünyada ən böyük mis, qızıl və gümüş yatağı bu ərazidə tapıldı

604185

Çili ilə Argentina sərhədində yerləşən Filo del Sol yatağı dünyanın ən iri mis, qızıl və gümüş ehtiyatlarından biri hesab olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Popular Mechanics nəşri yazıb.

Mənbə qeyd edib ki, burada 13 milyon tona qədər mis, 907 min kiloqram qızıl və 18,6 milyon kiloqram gümüş ola bilər.

Məlumata görə, yatağın işlənməsi çox gəlirli görünür, lakin hasilat ciddi risklərlə müşayiət oluna bilər.

Əsas səbəblərdən biri yatağın təxminən 5 min metr yüksəklikdə, çətin relyefli və uzaq ərazidə yerləşməsidir.

Bu, həm logistikanı ağırlaşdırır, həm də işçilər üçün sağlamlıq riskləri yaradır.

Bundan başqa, mədən işi böyük həcmdə su tələb edir və ekoloqlar belə layihələrin buzlaqlara, içməli su mənbələrinə və həssas ekosistemlərə zərər vura biləcəyini bildirirlər.

Popular Mechanics qeyd edir ki, “yaşıl enerji” üçün vacib metalların çıxarılması ətraf mühit hesabına başa gəlməməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin