Tramp Yaxın Şərqə niyə desant göndərib? – Üç mümkün SSENARİ

Hazırda oxunan: Tramp Yaxın Şərqə niyə desant göndərib? – Üç mümkün SSENARİ

604182

ABŞ-ın Fars körfəzi bölgəsinə əlavə hərbi qüvvələr göndərməsi Vaşinqtonun mümkün növbəti addımları ilə bağlı müzakirələri gücləndirib.

BBC yazır ki, bölgəyə cəlb edilən dəniz piyadaları, xüsusi təyinatlılar və hava-desant bölmələri quru əməliyyatları üçün nəzərdə tutulub və onların istifadəsi üç əsas ssenari üzrə mümkün sayılır.

Bizim.Media xəbər verir ki, nəşrin təhlilinə görə, ilk ehtimal Hörmüz boğazının güc yolu ilə blokadadan çıxarılmasıdır.

Bildirilir ki, boğazın bağlanması ətraf adalarda yerləşdirilən müşahidə sistemləri, raket mövqeləri və dəniz vasitələrinə söykənir.

Bu səbəbdən boğazın açılması üçün həmin ərazilərin nəzarətə götürülməsi lazım gələ bilər.

İkinci ssenari İranın əsas neft ixrac marşrutu sayılan Xark adasının ələ keçirilməsidir.

 

BBC qeyd edir ki, bu ada üzərindən İran neft ixracının böyük hissəsi həyata keçirilir. Belə bir addım Tehranın gəlirlərini azaltmaq və hərbi proqramlarını maliyyələşdirmək imkanlarını zəiflətmək məqsədi daşıya bilər.



Üçüncü ehtimal isə İrandakı zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı əməliyyatdır.

Bununla belə, nəşr vurğulayır ki, belə bir əməliyyat son dərəcə mürəkkəbdir və həm uranın saxlandığı yerlər, həm də onların mühafizə səviyyəsi barədə dəqiq məlumat tələb edir.

BBC hesab edir ki, bölgəyə daimi hazırlıq vəziyyətində olan bölmələrin göndərilməsi ABŞ-ın hərbi planlarının genişlənə biləcəyinə işarədir.

Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, sahilyanı adaların ələ keçirilməsi yalnız bundan sonrakı daha geniş quru əməliyyatları nəzərdə tutulduğu halda məntiqli görünür.

Əks halda, həmin qüvvələr asan hədəfə çevrilə bilər.

Eyni zamanda, Vaşinqtonda İranla qarşıdurmanın Hörmüz boğazı tam açılmadan da yekunlaşdırılması variantının nəzərdən keçirildiyi bildirilir.

ABŞ-ın əsas diqqəti İranın donanmasının və raket potensialının zəiflədilməsinə yönəldə biləcəyi ehtimal olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin