İran Trampa qarşı iki dəfə sui-qəsd cəhdi edib - SENSASİON AÇIQLAMA

Hazırda oxunan: İran Trampa qarşı iki dəfə sui-qəsd cəhdi edib - SENSASİON AÇIQLAMA

604178

İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, İran ABŞ prezidenti Donald Trampı iki dəfə öldürməyə cəhd edib və hələ də ona qarşı planlarından əl çəkməyib.

Bizim.Media xəbər verir ki, o, bu barədə NewsMax telekanalına müsahibəsində danışıb.

Netanyahunun sözlərinə görə, Tehran illər boyu Yaxın Şərqdə və ondan kənarda “əsas terror sponsorlarından biri” kimi çıxış edib.

İsrail hökumət başçısı iddia edib ki, İran ABŞ səfirliklərinə hücumlar təşkil edib, minlərlə amerikalının ölüm və yaralanmasına səbəb olub, həmçinin Trampa qarşı iki dəfə sui-qəsd cəhdi göstərib.

Baş nazir əlavə edib ki, İranın təhdidi hələ də qalır və Tehran Vaşinqtona qarşı düşmən ritorikasını davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin