Bu gün səhər saatlarında İran tərəfindən İsrailin mərkəzi bölgələrinə növbəti raket hücumu reallaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hücumlar nəticəsində bir sıra ərazilərdə yanğınlar başlayıb.
Tələfat barədə məlumat verilməyib.
İsrail mediası ölkəyə kasetli sursat raketlərinin atıldığını bildirir.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.
Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:05 / 31.03.2026
İsrail şəhərləri alovlar içində - VİDEO
Hazırda oxunan: İsrail şəhərləri alovlar içində - VİDEO
Hazırda oxunan: İsrail şəhərləri alovlar içində - VİDEO
604161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































