105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

Hazırda oxunan: 105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

604127

105 yaşlı britaniyalı Eylin Uilki uzunömürlülüyünün sirrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, 1921-ci ildə doğulan qadın həyatında bir çox çətinliklərdən keçib — müharibəni yaşayıb, tarlalarda işləyib və üç övlad böyüdüb.

Onun sözlərinə görə, bütün bu illər ərzində dəyişməyən iki əsas vərdiş olub: hər gün bir qədəh şerri şərabı içmək və yulaf sıyığı yemək. Eylin Uilki hesab edir ki, məhz bu sadə gündəlik rejim onun sağlam qalmasına və 105 yaşa çatmasına kömək edib.

Mütəxəssislər isə bildirirlər ki, uzunömürlülük təkcə qidalanma ilə deyil, həm də genetik faktorlar, fiziki aktivlik və psixoloji vəziyyətlə sıx bağlıdır. (Musavat.com)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin