“İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

Hazırda oxunan: “İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

603997

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ərinin prezidentliyə namizədliyini irəli sürmək planları ilə bağlı şərh verib.

Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, Zelenskinin həyat yoldaşı bildirib ki, o və əri hakimiyyətdə olmaqdan beziblər.

“Hər ikimiz yorğunuq. Bu, çox yorucudur”. 
 

O, Fox News jurnalistinin ərinin növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürüb-sürməməsini istəyib-istəmədiyini soruşmasına cavab verib. Qeyd edib ki, ərinin prezidentliyə namizədliyini irəli sürüb-sürməmək qərarına heç bir təsiri yoxdur.


Qeyd edək ki, bundan əvvəl Zelenski seçkilərin keçirilməsi üçün şərtləri açıqlayıb. Zelenski bildirib ki, Ukraynada seçkilər yalnız münaqişə bitdikdən sonra keçirilə bilər, atəşkəs dövründə deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin