Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

603996

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Teymur Həmidov saxlanılıb.

Tibbi müayinə zamanı sürücünün narkotik vasitə marixuana istifadə etdiyi məlum olub.

T.Həmidov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.


Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin