Abu-Dabi yaxınlığında yerləşən “Əl-Tavila” metallurgiya zavodunda baş verən güclü yanğın bölgədə gərginliyin yeni mərhələyə keçdiyini göstərir.
Bizim.Media xəbər verir ki, İran tərəfindən həyata keçirildiyi bildirilən raket və pilotsuz aparat zərbələri nəticəsində BƏƏ-nin ən iri sənaye obyektlərindən biri ciddi zərər görüb.
Məlumatlara görə, zərbələrdən dərhal sonra zavod ərazisində genişmiqyaslı yanğın başlayıb, alov qısa müddətdə istehsal sahələrini bürüyüb.
Hadisə yerindən yayılan görüntülərdə gecə səmasını qalın tüstü və güclü alovun işıqlandırdığı aydın görünür.
İlkin məlumatlarda bildirilir ki, hücum nəticəsində bir neçə əməkdaş xəsarət alıb, lakin onların vəziyyəti ilə bağlı rəsmi detallı açıqlama verilməyib.
Eyni zamanda zavodun bəzi əsas istehsal xətləri sıradan çıxıb və fəaliyyət qismən dayanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:00 / 29.03.2026
İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO
Hazırda oxunan: İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO
Hazırda oxunan: İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO
603959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































