Avstraliyanın Karnarvon şəhəri yaxınlığında səma güclü toz fırtınası səbəbindən qırmızı rəngə boyanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Fox Weather" məlumat yayıb.
Hadisə martın 27-də Qərbi Avstraliyadanın Akul körfəzi ərazisində “Narell” tropik siklonu ərəfəsində baş verib.
Mütəxəssislərin sözlərinə görə, güclü küləklər tərkibində dəmir oksidləri olan toz hissəciklərini havaya qaldırıb. Bu cür hadisələr Avstraliyanın quraq bölgələrində tez-tez müşahidə olunur.
Fırtına zamanı hava sıxlaşıb və demək olar ki, nəfəs almaq çətinləşib. Bölgədə küləyin sürəti saatda 124 mil (təxminən 200 km/saat) həddini keçib.
Bizim.Media





























































































