Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

Hazırda oxunan: Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

603849

Çinin Tokiodakı səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanılıb.

Bizim.Media  xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası (NHK) məlumat yayıb.

Bildirilib ki, hərbçi saxlanılan zaman onun üzərində hər hansı silah olmayıb, lakin onun gizləndiyi kolluqda soyuq silah tapılıb. Hərbçi polisə təhvil verilib və hazırda onun ifadəsi alınır.
 

O etiraf edib ki, Çinin Tokiodakı səfirindən Yaponiyaya ünvanlanan sərt bəyanatlar verməyi dayandırmağı tələb etmək istəyib. Əsgər, həmçinin Çinin diplomatik nümayəndəliyinin rəhbərinin gözü qarşısında intihar etmək niyyətini ifadə edib.


Çin Xarici İşlər Nazirliyi bununla bağlı Tokioya ciddi etirazını bildirib və Çin vətəndaşlarına Yaponiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin