İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin iqamətgahına dron hücumu edilib.
Bizim.Media xəbər verir ki, hadisəyə cavab olaraq İraqın baş naziri əs-Sudani hücumun araşdırılması üçün təhlükəsizlik və texniki ekspertizadan ibarət birgə qrupun yaradılmasını tapşırıb.
Neçirvan Bərzani ilə telefon danışığında əs-Sudani insidenti pisləyib və İraq hökumətinin regiondakı münaqişələrə qeyri-qanuni tərəflərin müdaxiləsinə yol verməməkdə qətiyyətli olduğunu bildirib, hərtərəfli araşdırma aparılmasına çağırıb.
Regionda davam edən təhdidlərə cavab olaraq İraq hava məkanının bağlanmasını 3 gün müddətinə uzatmaq qərarı qəbul edib.
Bizim.Media































































































