İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

Hazırda oxunan: İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

603775

İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində iki jurnalist həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

“Əl-Manar” (Hizbullahın televiziya kanalı) müxbiri Əli Şuəyb şənbə günü Livanın cənubunda öldürülüb.

O, təxminən üç onillik ərzində Livanın cənubundakı hadisələri işıqlandıran tanınmış hərbi müxbir idi.

Eyni zərbə zamanı Beyrutun “Al-Mayadeen” telekanalının müxbiri Fatimə Ftuni də həlak olub.

O, zərbədən dərhal əvvəl Cəzzin bölgəsində Livanın cənubundan birbaşa reportaj aparırdı.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin