Böyük imperiyaların QƏNİMƏTİ – Makedoniyalı İsgəndərdən, Fateh Sultan Mehmetə qədər əl-əl gəzən YARIMADA – FOTO

Hazırda oxunan: Böyük imperiyaların QƏNİMƏTİ – Makedoniyalı İsgəndərdən, Fateh Sultan Mehmetə qədər əl-əl gəzən YARIMADA – FOTO

603752

Antik dövrlərdən Çanaqqala müharibəsinə qədər kəşf olunmuş bütün növ silahlara sinə gərən bir torpaq – Qallipolli yarımadası.

Hazırda türklərin Gelibolu adlandırdığı bu yarımada ilk başda yunanlara məxsus olub. Tarixçi Herodotun qeydlərinə görə, eramızdan əvvəl VII əsrdə yarımadada təxminən 12 şəhər olub.
 

Yunan-Fars müharibələrinin (e.ə 499-478) nəticəsində yarımada farsların nəzarətinə keçib. Daha sonra Makedoniya kralı II Filipə hədiyyə verilib. Miras olaraq onun oğlu Böyük İsgəndərə keçsə də, fatehin ölümü ilə romalılar yarımadanı qəsb ediblər.


Daha sonra 446-cı ildə Hun hökmdarı Atilla ərazini ələ keçirib. Bizans İmperiyası isə ərazini osmanlılara qədər idarə edib. Fateh Mehmetin Qallipolini zəbt etməsi ilə Balkanlar boyunca genişlənmələrinə şərait yarandı.

Sonralar Çanaqqala müharibəsi zamanı Qallipoli tarixi bölgəsi böyük zərər gördüyündən uzun müddət baxımsız qalmışdı. 2015-ci ildə başladılan bərpa və abadlıq işləri, xarabalığa çevrilmiş qalanı yenidən tikmək və açıq hava muzeyinə çevirmək məqsədi daşıyırdı. Qala, 18 mart Şəhidlərin Anım Günü və Çanaqqala Dəniz Qələbəsinin 108-ci ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ziyarətçilər üçün açılıb.
 

Bərpa və qazıntı işləri zamanı aşkar edilmiş Osmanlı əsgəri geyim etiketləri, fransız cib saatı, əl qumbarası, top lüləsi üçün təmizləyici fırça, tüfəng süngüləri, xəncər qınları, barıt kisəsi kimi hərbi nümunələr müharibənin izlərini bu günə qədər xatırladır.


Səddülbahir Qalası layihəsi, dünya miqyasında memarlıq və dizayn layihələrini qiymətləndirən Wonder Global Design Awards 2025 mükafatına layiq görülüb. Qala muzeylər, sərgi binaları və pavilyonlar kateqoriyasında qızıl mükafat qazanıb.






Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin