II Yelizavetanın oğlu Şahzadə Endryu zorladığı qızla razılığa gəldi

Hazırda oxunan: II Yelizavetanın oğlu Şahzadə Endryu zorladığı qızla razılığa gəldi

60375

Britaniya kraliçası II Yelizavetanın oğlu Şahzadə Endryu və onu zorlamada ittiham edən amerikalı Virciniya Gufre məhkəməyə qədər razılığa gəliblər. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Şahzadə Endryunun vəkili Devid Boysun müvafiq məktubu çərşənbə axşamı ABŞ-ın Nyu-York Cənub Dairəsi üzrə Federal Məhkəməsinin sənədlər bazasında dərc olunub.

“Yuxarıdakı işin mahiyyəti üzrə barışıq əldə edildiyini məhkəməyə bildirmək üçün bu mətni birgə yazırıq”, - sənəddə deyilir.

Məktubda Şahzadə Endryunun Gufre fonduna pul köçürəcəyi bildirilir, lakin sözügedən məbləğ açıqlanmır.

Gufre ittiham edir ki, 2001-ci ildə 17 yaşında olarkən Şahzadə Endryu onun iradəsinə zidd olaraq bir neçə dəfə cinsi əlaqədə olub. 
Yanvarın ortalarında Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsi şahzadəyə qarşı qaldırılan iddianı rədd etməkdən imtina edib və hakim Lyuis Kaplan deyib ki, məhkəmə sentyabr və dekabr ayları arasında başlaya bilər. Bundan qısa müddət sonra II Yelizavetanın qərarı ilə Şahzadə Endryu hərbi rütbələrindən və bir sıra ictimai təşkilatların himayədarı rolundan məhrum edilib.

O, rəsmi titulundan istifadə etmək hüququnu da özündə saxlasa da, York hersoqu titulunu da itirib.

Şahzadə 2019-cu ilin sonunda rəsmi vəzifələrindən imtina etmək məcburiyyətində qalıb. Çünki Guffre bəyan edib ki, amerikalı maliyyəçi Jeffrey Epsteyn və onun britaniyalı məşuqəsi Ghilain Maxvell tərəfindən bir neçə kişi ilə cinsi əlaqəyə girməyə məcbur edilib. O kişilərin arasında Şahzadə də olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin