Dağıstanda son yüz ilin ən güclü YAĞINTISI – Şəhərlər su altında qaldı – VİDEO

Hazırda oxunan: Dağıstanda son yüz ilin ən güclü YAĞINTISI – Şəhərlər su altında qaldı – VİDEO

603742

Bölgədə güclü leysan yağışlarından sonra Dağıstanda bir sıra şəhərləri su basıb, güclü su axınları avtomobilləri yuyub aparır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Ən ağır vəziyyət Mahaçqalada müşahidə olunur – şəhərdə 20-yə yaxın ev su altında qalıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar elektrik enerjisi kəsilib, 60 mindən çox insan işıqsız qalıb.
 

Dərbənddə yerli çaylar daşması nəticəsində yolları su basıb. Təbii fəlakət nəticəsində Xasavyurtda dəmir yolu körpüsü dağılıb.


Bütün fövqəladə xidmətlər yüksək hazırlıq rejiminə keçirilib, kommunal xidmət işçiləri artıq daşqının fəsadlarının aradan qaldırılması üzərində işləyir.

Qeyd edək ki, Dağıstanda ötən gün 1919-dan bəri ən güclü yağıntı qeydə alınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin