Qardaş ölkə hərbi əməliyyatlara başladı

Hazırda oxunan: Qardaş ölkə hərbi əməliyyatlara başladı

603724

Pakistan Silahlı Qüvvələri Əfqanıstana qarşı döyüş əməliyyatlarını müvəqqəti fasilədən sonra yenidən bərpa edib.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Eid al-Fitr bayramı ilə əlaqədar olaraq atəşkəs elan edilib. İslamabadın açıqlamasına görə, fasilə həmçinin Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının xahişi ilə tətbiq olunub.
 

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi bildirib ki, fasilə martın 23-dən 24-nə keçən gecə başa çatıb. Onun sözlərinə görə, əməliyyatlar qarşıya qoyulan məqsədlərə çatana və Əfqanıstanda hakimiyyətdə olan Taliban administrasiyası “terror infrastrukturuna dəstək kimi səhv prioritetini” yenidən nəzərdən keçirənə qədər davam edəcək.


Qeyd edək ki, İslamabad Əfqanıstan Talibanını Pakistan ərazisində hücumlar həyata keçirən islamçı silahlıları dəstəkləməkdə ittiham edir. Kabul isə bu iddiaları rədd edərək bildirir ki, sözügedən silahlı qruplar Pakistanın daxili problemidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin