ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Hazırda oxunan: ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

603512

ABŞ Prezidenti Donald Tramp Moskvanın Amerika seçki proseslərinə müdaxiləsi və Ukraynaya genişmiqyaslı hücumu səbəbindən Rusiyaya qarşı tətbiq edilmiş ayrı-ayrı sanksiyaların müddətini bir il uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin rəsmi sənədlərinin federal reyestrində öz əksini tapıb.
 

Qeyd olunub ki, Rusiyanın fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə yaradır.


"Bu səbəbdən 14024 saylı fərmanla elan edilmiş sanksiyalarla bağlı fövqəladə vəziyyət 15 aprel 2026-cı ildən sonra da qüvvədə qalmalıdır", - məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin