ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafında təhlükəsizlik vəziyyəti ilə bağlı müraciət edib.
Bizim.Media Ağ Evin mətbuat xidmətinə istinadla xəbər verir ki, Co Bayden müharibə təhlükəsinin hələ də real olduğunu bildirib.
ABŞ Prezidenti qeyd edib ki, Birləşmiş Ştatlar Moskva ilə dialoqa açıq qalır. Onun sözlərinə görə, müharibə olacağı təqdirdə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar uzunmüddətli nəticələrə gətirib çıxaracaq və Rusiyanı iqtisadi və strateji baxımdan rəqabət qabiliyyətindən məhrum edəcək.
Ağ Ev rəhbəri onu da qeyd edib ki, NATO hərbi eskalasiya olacağı təqdirdə Alyans ölkələrinin ərazisində mövcudluğunu gücləndirəcək. Ukraynadakı mövcud vəziyyətlə əlaqədar Co Bayden dəfələrlə amerikalıları ölkəni tərk etməyə çağırıb. Onun sözlərinə görə, nə NATO, nə ABŞ, nə də Ukrayna Rusiyanı təhdid etmir.
Amerika lideri bildirib ki, Ukraynada heç bir raket silahı yoxdur və onları ora göndərmək planı mövcud deyil.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:03 / 16.02.2022
Co Baydendən Ukrayna ilə bağlı mühüm AÇIQLAMA
Hazırda oxunan: Co Baydendən Ukrayna ilə bağlı mühüm AÇIQLAMA
Hazırda oxunan: Co Baydendən Ukrayna ilə bağlı mühüm AÇIQLAMA
60350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.