ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

Hazırda oxunan: ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

603487

ABŞ İraqdakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Bağdaddakı səfirliyi bəyanat yayıb.
 

Bəyanatda ABŞ-nin İraqdakı diplomatik nümayəndəliyinin hələ də açıq olduğu, lakin vətəndaşların təhlükəsizlik riskləri səbəbindən Bağdaddakı səfirliyə və ya Ərbildəki konsulluğa gəlməmələri tövsiyyə edilib.


Həmçinin İraq hava məkanında raket və dron təhlükəsinin davam etdiyi vurğulanıb.

Qeyd edək ki, İraqın qərbindəki Ənbar vilayətində “Xalq Səfərbərlik Qüvvələri”nin obyektinə hücum edilib.

Aviazərbələr nəticəsində 15 döyüşçü, o cümlədən qruplaşmanın Ənbardakı əməliyyatlar komandanı Saad əl-Beyci həlak olub, 30 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin