Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında beyin xərçəngindən əziyyət çəkən 29 yaşlı qadın eftanaziya üsuli ilə intihar edib. Britani Meynard bir müddət əvvəl intiharı üçün ən ideal tarixin Noyabr ayının 1-i olduğunu müəyyən etmişdi. O, baş ağrıları dözülməz həddə çatanda həkimdən ona ölümcül dozada dərman vurmasını istəyib. Gənc qadının öz istəyi ilə ölümü Amerikada polemikaya səbəb olub.
Britani Meynard ölümündən öncə "You Tube" videoportalında öz qərarının səbəbini izah edib. Kadrlar 9 milyon izləyici toplayıb.
Qadın öz ölümün şərəfli ölüm adlandırıb.
Qadına yanvar ayında xərçəng diaqnozu qoyulduqdan sonra o, eftanaziya hüququndan sitifadə etmək üçün həyat yoldaşı ilə yaşadığı Kaliforniya ştatından Oreqon ştatına gəlib.
Oreqon ştatda eftanziya hüquqi 1997-ci ildən qüvvəyə minib. Kaliforniya ştatında isə, eftanaziya qeyri-qanuni hesab olunur.(anspress)































































































