Uqanda ordusunun KOMANDANI – “İrana qarşı müharibəyə hazırıq” – FOTO

Hazırda oxunan: Uqanda ordusunun KOMANDANI – “İrana qarşı müharibəyə hazırıq” – FOTO

603428

Uqanda İsrailin tərəfində İrana qarşı müharibəyə girməyə hazır olduğunu elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Uqanda Xalq Müdafiə Qüvvələrinin rəhbəri Muhoozi Kainerugaba sosial şəbəkə hesabında məlumat verib.
 

“Biz Yaxın Şərqdəki müharibənin indi bitməsini istəyirik. Dünya bundan bezib. Amma İsraili məhv etmək və ya məğlub etmək barədə hər hansı bir söhbət bizi İsrailin yanında mövqe tutmaqla müharibəyə sürükləyəcək”.


Kainerugaba həmçinin Uqanda Müdafiə Qüvvələrinin həm ABŞ-a, həm də İsrailə kömək təklif etdiyini bildirib.

Qeyd edək ki, nə ABŞ, nə də İsrail tərəfindən sözügedən təkliflə bağlı hər hansı açıqlama verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin