Banqladeşdə dəhşətli qəza – 18 nəfər həyatını itirdi – VİDEO

Hazırda oxunan: Banqladeşdə dəhşətli qəza – 18 nəfər həyatını itirdi – VİDEO

603426

Mərkəzi Banqladeşdə avtobusun Padma çayına düşməsi nəticəsində 18 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Sinxua" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, sərnişinləri daşıyan avtobus pontonda bərəyə minmək üçün gözləyərkən çaya düşüb.

Gəmidə təxminən 40 nəfər olub, 11 sərnişin sahilə təkbaşına çatmağı bacarıb.

Xilasedicilər qəzadan altı saat sonra avtobusu çay yatağından çıxarıblar.

On səkkiz nəfərin meyiti tapılıb, bir neçə sərnişin itkin düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin